Accessibility links

Suriya müharibəsi uşaqların gözü ilə


Suriyanın vətəndaş müharibəsi nəticəsində tələfat dəhşət doğurur. Xüsusilə uşaqlar olmaqla, mülki əhali dözülməz şəraitdədir.

BMT-nin Beynəlxalq Uşaq Fondu (UNİCEF) 2018-ci ilin fevral ayı üçün hesabat hazırlayıb. Hesabatda şərqi Quta və Dəməşqdə uşaqların kütləvi şəkildə tələfatına yer verilib. Bildiilir ki, uşaqlar, onların valideynləri və əzizlərinin ölümünə bəraət qazandıracaq kəlmə yoxdur.

Məhəmməd Nəcim
Məhəmməd Nəcim

Zorakılıq və dağıntılar altında uşaqlar sosial mediada öz hekayələrini paylaşır.

15 yaşlı Məhəmməd Nəcim mobil telefonu ilə videolar və şəkillər çəkərək, sosial mediada paylaşır. Onun ən böyük arzusu sülh və məktəbə qayıtmaqdır.

"Mən səyahət etmək istəyirəm. Təhsilimi davam etdirmək və jurnalist olmaq istəyirəm" – deyə, Nəcim Amerikanın Səsinə bildirib.

O, Suriya qüvvələrinin şəhəri bombardman etdiyini videoya çəkib.

Şərqi Quta

Bu şəhərdə yaşayanlar ən adi ehtiyaclarını belə qarşılaya bilmir.

Şərqi Quta saysız-hesabsız hücumlara məruz qalıb. Lakin şəhər fevral ayında Bəşar Əsəd rejiminin ən qanlı kampaniyasına səhnə olub.

Nəcim baş verənlərə dünyanın şahid olmasına qərar verib. Bunun üçün o, ingilis dilində danışaraq, daha çox insanın diqqətini cəlb etməyə çalışıb.

“Məktəb dağıdıldıqdan sonra o, təhsilini davam etdirə bilmir. Məktəbdə öyrəndiyi ingilis kəlmələri ilə dünyaya mesajını çatdırır" - deyə, onun baçısı Hiba Amerikanın Səsinə bildirib.

Ata itkisi

Nəcim atasını şərqi Qutaya hücumlar zamanı itirib. Müharibə onun ən yaxın dostunun da həyatına son qoyub.

Onun ağır həyat təcrübəsi Nəcimi yaşından tez böyüdüb. Nəcim hazırda uşaqların məsuliyyətini üzərinə götürüb. Belə bir məsuliyyət bu yaşda uşaqlar üçü ağır yükdür.

Məhəmməd Nəcim
Məhəmməd Nəcim

O, ağac kəsir, odun toplayır, ailəsi üçün su daşıyır.

"Şərqi Qutada humanitar və tibbi vəziyyəti sözlə izah etmək mümkün deyil. Hazırda baş verənlər əsl soyqırımdır”- deyə Nəcim Twitter hesabında yazıb.

Nur və Alaa

12 yaşlı Nur və 8 yaşlı Alaa həyatlarının detallarını sosial mediada yayaraq, dünyanın diqqətini cəlb edib.

Bacıların anası Şəms Twitter hesabında dünyaya öz pəncələrini açıb. Onlar beynəlxalq ictimaiyyətə yardım üçün müraciət edib.

"Şərqi Qutada uşaqlar yemək, su, ev və təhsil baxımından acınacaqlı vəziyyətdədir" – deyə, Şəms Amerikanın Səsinə bildirib.

Nur və Alaa
Nur və Alaa

"Dünya Qutaya məhəl qoymur. Bunun üçün qızlarımla bərabər Twitter hesabı açıb, baş verənləri dünyaya göstərmək qərarına gəldim” , Şəms əlavə edib.

Vətəndaş müharibəsi artıq 8 ildir davam edir. Uşaqların çoxu sülhün nə demək olduğunu bilmir. Belə ki, onların əksəriyyəti münaqişəyə start verildikdə ya çox körpə olanlar, ya da müharibə zamanı doğulanlardır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG