Sərhədsiz Həkimlər qrupunun (MSF) bildirdiyinə görə, Suriyanın müharibə nəticəsində dağılmış şimal-şərq bölgəsində COVID-19-un yeni dalğası başlayır.
Təşkilat aprelin 26-da 15 000 min yoluxma, 640 ölüm halının qeydə alındığını, eləcə də 960 səhiyyə işçisinin COVID-19 testinin müsbət çıxdığını bildirib.
Xəbərdarlıq Beynəlxalq Xilasetmə Komitəsinin (İRK) bölgədə tibbi avadanlıq və oksigen çatışmazlığı olduğunu bildirməsindən bir qədər sonra verilib.
Beynəlxalq Xilasetmə Komitəsi regionda COVID-19-a qarşı mübarizə səylərinin ciddi təhlükə altında olduğunu bildirib.
Sərhədsiz Həkimlər Təşkilatının bildirdiyinə görə, biri Hassaki, digəri isə Raqqada olmaqla, dəstəklədiyi iki xəstəxanada son bir ayda təsdiqlənmiş yoluxma halları artır.
Təşkilatın bildirdiyinə görə, testlər daim keçirilmədiyi üçün yoluxanların sayı daha çox ola bilər.
"Pandemiyanın başlamasından bir il sonra Suriyanın şimal-şərqində COVID-19-la mübarizə üçün vacib materialların tapılmaması inanılmaz bir şeydir. Ən çox ehtiyacı olanlar üçün xəstəxanalarda yer yoxdur, test dəstləri və kifayət qədər oksigen yoxdur, səhiyyə işçiləri üçün fərdi qoruyucu vasitələr çatmır" - deyə, Sərhədsiz Həkimlər Təşkilatının Suriya üzrə təcili tibbi yardım meneceri Kristal Van Leuven bildirib.
Sərhədsiz Həkimlər Suriya hökumətinin icazəsi olmadan BMT agentliklərinin regiona yardım çatdıra bilmədiyini deyib. Təşkilat regionda virus testini edə bilən yeganə laboratoriyada "ciddi şəkildə material çatışmazlığının" olduğunu bildirib.
Təşkilatın bildirdiyinə görə, iki həftədən sonra laboratoriyada test materialları tamamilə qurtaracaq və Hassaki və Raqqadakı iki müalicə mərkəzi təchizat çatışmazlığı səbəbi ilə fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.