Accessibility links

Suriya Dəməşq yaxınlığında raket hücumunun dəf edildiyi bildirib


Suriyanın dövlət xəbər agentliyi SANA bildirib ki, Suriya hava hücumundan müdafiə sistemi paytaxt Dəməşq yaxınlığında raket hücumunu dəf edib.

SANA xəbər agentliyinin bildirdiyinə görə, çərşənbə axşamı İsrailin döyüş sursatı ambarına etdiyi hücumda üç Suriya əsgəri yaralanıb.

Məlumatda deyilir ki, Suriya müdafiə qüvvələri raketlərin əksəriyyətini dəf edə bilib və sursat ambarına minimum zərər dəyib.

Xəbər ABŞ prezidenti Donald Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılacağını elan etməsindən bir neçə gün sonraya təsadüf edir.


XS
SM
MD
LG