Accessibility links

Suriya müxalifəti 40 illik ailə hakimiyyətinə son qoymağın yollarını axtarır


Syria Homs
Syria Homs

Suriya müxalifət liderləri ölkədə keçid hökumətinin qurulması üçün ikinci dəfə fəaliyyətə başlayıb.

Suriya müxalifəti üçün çətir təşkilat olan Milli Koalisiya arasındakı razılıq beynəlxalq narahatlığa son qoymağa kömək edə bilər. Belə ki, dünya dövlətləri prezident Bəşar Əl-Əsəd hakimiyyətdən devrildiyi təqdirdə Suriyada etnik və dini qruplar arasında xoşagəlməz hadisələrin baş verməsindən narahatdır.

İstanbulda mehmanxanalardan birində keçirilən danışıqlarda uğursuzluq iki ay əvvəl Qətərdə Qərb və Körfəz ölkələrinin dəstəyi ilə yaradılan koalisiyada bölünmələrin olduğunu önə çəkəcək və koalisiyaya dəstəyə xələ gətirəcək.

Tanınmış müxalif kampaniyaçı, koalisiyanın üzvü Kamal Əl-Labvani deyib ki, Əsəd və mərhum atası prezident Hafiz Əl-Əsədin iştirakı ilə 40 illik ailə hakimiyyətinə demokratik alternativ olduğunu təsdiq etmək üçün ən azından baş nazirin adını açıqlamalıdır.

XS
SM
MD
LG