Accessibility links

Üsyançıların Suriya paytaxtına atdıqları raket 35 nəfərin həyatına son qoyub


Suriyanın dövlət mediası bildirir ki, üsyançıların hökümətin nəzarətində olan Dəməşq ərazisinə raket atması nəticəsində ən azı 35 insan ölüb.

Şahidlərin sözlərinə görə, raket cərşənbə axşamı insanların alış-veriş etdiyi zaman bazar ərazisinə düşüb. Üsyançı qüvvələrin hücum barəsində şərhi olmayıb.

Suriya qüvvələri Deməşqin şərqi Quta ərazisini demək olar ki, tam nəzarət altına alıblar.

Həmin döyüşlər zamanı təxminən 1,400 mülki şəxs həlak olmuş, minlərlə insanın evlərini tərk etməyə məcbur etmişdir.

XS
SM
MD
LG