Accessibility links

Beynəlxalq müfəttişlər dilemma qarşısındadır


Beynəlxalq müfəttişlər dilemma qarşısındadır. Onlar rəqib qüvvələrin kütləvi məzarlıq haqda məlumatı alıb. Həmin məzarlıqda kimyəvi silahlarla zəhərlənmiş insanların dəfn edildiyi bildirilir. Lakin cəsədlərin qalıqlarından nümunələr götürülməsi üçün müfəttişlərin Suriya və Rusiya rəsmilərindən icazəsi olmalıdır. Onları Rusiya və Suriyanın buna qarşı çıxacağı qorxudur.

Onlar aşkar edildikləri kimi dəfn edilib. Saç, dəri və paltarlardan nümunə götürmək asan olacaq

Rəqib qüvvələrin komandiri, Suriyanın sabiq ordu generalı Zaher Ək-Şəkət Britaniyanın Sunday Telegraph qəzetinə bildirib ki, 40-dan artıq insan Duma şəhərində adsız mərazlarda dəfn edilib.

O, beynəlxalq müfəttişlərin qurbanların saçı, dərisi və paltarlarından nümunə götürüb, Suriya hpkumətinin zəhərli qazdan istifadə etdiyinə dair iddiların doğru olduğunu sübut edəcəyinə ümid etdiyi deyib.

“Onlar aşkar edildikləri kimi dəfn edilib. Saç, dəri və paltarlardan nümunə götürmək asan olacaq. Beləliklə nədən istifadə edildiyi ortaya çıxacaq” - deyə, Zaher Ək-Şəkət əlavə edib

Suriya isə 40-dan çox adamın ölümü, yüzlərlə insanın zəhərlənməsinə səbəb olan hücumun məsuliyyətini daşımadığını bildirir.

Ötən həftə BMT-nin təhlükəsizlik komandası Suriyanın Duma şəhərində kimyəvi silahlardan istifadə edilən ərazidə araşdırma apararkən atəşə məruz qalıb.

Komanda üzvləri xəsarət almayıb və təcili şəkildə Dəməşqə qayıdıb.

Fransa Xarici İşlər Nazirliyi bildirib ki, gecikmədən sonra “Rusiya və Suriya ordularının bütünlüklə nəzarətində olan obyektlərdə sübutlar və mühüm elementlərin yoxa çıxarması ehtimalı olduqca yüksəkdir”.

XS
SM
MD
LG