Accessibility links

Suriya: Dron hücumları neft və qaz emalı zavodlarını hədəf alıb


Suriya
Suriya

Suriya dövlət televiziyası və Neft Nazirliyinin şənbə günü veridyi məlumata əsasən, demək olar eyni vaxta edilən dron hücumları nəticəsində Suriyanın mərkəzində dövlətə məxsus üç neft və qaz təsisinə ziyan dəyib.

Homsda neft email zavodunu və iki təbii qaz emalı zavodunu hədəf alan hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Suriyada Qərbin idxallara tətbiq etdiyi sanksiyalar və ölkədəki neft yataqlarının şərqdə kürdlərin başçılıq etdiyi döyüşçülər tərəfindən idarə olunması səbəbilə bu ilin əvvəlindən bəri yanacaq çatışmazlığı yaşanır.

Dövlət televiziyası hücumların dron vasitəsilə edildiyini və eyni aynda baş verdiyini güman olunduğunu bildirib. Onlar həmçinin Homs neft email zavodunda çıxan yanğının qarşısının alındığı ilə bağlı məlumat verib.

Suriyanın Neft Nazirliyi bildirib ki, hücum nəticəsində təsislərdəki “istehsal bölmələrinə” ziyan dəyib. Nazirlik yanğının söndürülməyə çalışdığını və bəzi yerlərldə artıq bərpa işlərinin başladığını bildirib.

Homs şəhəri və ətrafındakı ərazilər 2017-ci ildən bəri tamamilə Suriya hökümətinin nəzarəti altındadır. Lakin vilayətin İordaniya ilə sərhədə yaxın bəzi hissələri üsyançıların əlindədir.

İyun ayında təxribat hücumları nəticəsində Tartus vilayətinin Aralıq dənizi sahilində yerləşən Banias şəhəri yaxınlığında beş sualtı boru kəmərinə ziyan dəyib.

Suriyanın neft idxalı 2018-ci ilin oktyabr ayında azalmağa başlayıb, 2019-cu ilin əvvəlindən bəri isə çatışmazlıq yaşanır. Buna Qərbin Suriyaya tətbiq etdiyi sanksiyalar və ABŞ-ın Suriyanın əsas müttəfiqi İrana qarşı sanksiyaları səbəb olub.

2011-ci ildə Suriyada münaqişə başlayandan öncə ölkə hər gün hasil etdiyi 350 min barel neftin demək olar yarısı ixrac edirdi. İndi günlük hasilat 24 min barelə bərabərdir və ölkə daxilindəki ehtiyacın yalnız bir qismini qarşılayır.

Sentyabr ayında Səudiyyə Ərəbistanında dron və raket hücumu dünyanın ən böyük xam neft email zavodunu həfəf alın və nəticədə qlobal neft təchizatı kəskin şəkildə azalıb. Səudiyyə Ərəbistanı hücumda “ İranın silahlarından”istifadə olunduğunu bildirib. İran isə bunu inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG