Accessibility links

Bəşar Əl-Əsəd xalqa müraciət edəcək [Fotoqalereya]


Suriya prezidenti Bəşar Əl-Əsəd sabah xalqa nadir müraciətlərindən birini edəcək.

SANA dövlət xəbər agentliyi bildirib ki, cənab Əsəd Suriyadakı son hadisələrdən danışacaq. Agentlik müraciətin təfərrüatına varmayıb.

Bu, son aylarda prezidentin xalqa ilk müraciəti olacaq.

Suriyada döyüşlər davam etdiyi bir vaxt 22 ay əvvəl prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı başlayan müharibə 60 mindən çox insanın həyatına son qoyub.

Buna baxmayaraq üsyançılar paytaxt Dəməşq yaxınlıqlarında hökumət qüvvələri ilə döyüşləri davam etdirir. Beynəlxalq səylərə baxmayaraq münaqişənin danışıqlar yolu ilə həlli mümkün görünmür.

Dünya dövlətləri Əsəd hökuməti üsyançılara qarşı kimyəvi silahdan istifadə etsə, buna göz yummayacağını bildirir. Ölkədə hazıda davam edən vətəndaş müharibəsindən ən son fotoları sizə təqdim edirik:

XS
SM
MD
LG