Accessibility links

Əsəd Rusiya nümayəndə heyətini qəbul edib


Suriya prezidenti Bəşər Əsəd Rusiyanın hakim partiyasının nümayəndə heyəti və millət vəkili Dmitri Sablinlə ikitərəfli görüşlər keçirib.

İnterfaks xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya parlamentinin aşağı palatasından olan millət vəkili görüşün məqsədinin “vəziyyəti müzakirə etmək və Suriya xalqına terrorla mübarizədə dəstək vermək” olduğunu deyib.

Suriya hökumət qüvvələri Rusiya tərəfindən dəstəklənən böyük bir hücumda müxalifətin son böyük istinadgahı olan strateji şəhərin üsyançılardan geri almağa hazırlaşır.

Xan Şeyx şəhərinin ələ keçirilməsi şimal-qərb bölgəsində Əsəd üçün böyük üstünlük olardı. Onun Suriyanın "hər qarışını" bərpa etmək strategiyası bu ərazidə türk qüvvələrinin mövcudluğu da daxil olmaqla, bir sıra çətinliklərlə qarşılaşır .

Səkkiz illik qarşıdurmadan sonra Əsəd Rusiya və İranın köməyi ilə Suriyanın əksər hissəsində üsyançıları məğlub edib.

Suriya hökumət qüvvələri aprelin sonlarından başlayaraq şimal-qərb bölgəsində hərbi əməliyyatları artırıb.

Hücum nəticəsində yüzlərlə insan ölüb, yüz minlərlə insan Türkiyə sərhədinə qaçmağa məcbur olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG