Accessibility links

Suriya höküməti qaçqınları evlərinə qayıtmağa çağırır


Çağırış hökumətin artan etimadını əks etdirir

Suriya höküməti çərşənbə günü qaçqınları evlərinə dönməyə çağırıb. Hökümət bildirib ki, geniş ərazilər müvəffəqiyyətlə“terrorçular”dan təmizlənib.

Nadir halda olan çağırış yeddi ildən artıq müharibədən sonra hökumətin artan etimadını əks etdirir.

Dövlət rəsmiləri adətən xaricdəki suriyalılara televiziya çıxışlarında və müsahibələrində geri dönmələri üçün müraciət etdikləri halda, bu çağırış rəsmi mətbuatda olan ilk rəsmi müraciətdir.

Suriya hökumət qüvvələri, Rusiya və İranın böyük dəstəyi ilə paytaxt Dəməşq yaxınlığında böyük əraziləri yenidən nəzarət altına alıb. BMT rəsmiləri yeni hücum əməliyyatı zamanı 270 min insanın köçdüyünü bildirir.

BMT-nin Təhlükəsizlik Şurası, İsveç və Küveytin tələbi ilə cümə axşamı günü cənub-qərbdə hücum və sürətlə pisləşən humanitar vəziyyətlə bağlı məsləhətləşmələr planlaşdırmışdı.

Britaniyada yerləşən İnsan Hüquqlarının Monitorinqi qrupunun məlumatına görə, hal-hazirda hökümət Suriyanın 61 faizinə nəzarət edir. Qeyd edək ki, 2017-ci ildə bu rəqəm 17 faiz idi.

Hökumət bütün üsyançıları "terrorist" adlandırır.

5,6 milyondan çox suriyalı ölkəni tərk edib. Bir çox suriyalı evlərinə döyüşlər zamanı məhv edilməsinə və ya hərbi qüvvələr tərəfindən hərbi çağırış və ya qisas alınacaqlarından qorxduqları üçün qayıda bilmir.

BMT nümayəndəsi Suriyanın hökumət qüvvələrinin my ayında geri aldığı Fələstin qaçqın düşərgəsini ziyarət edib.

Yarmuk düşərgəsi eyni zamanda on minlərlə fələstinli və suriyalıya ev olub. Bu düşərgə İslam Dövləti qrupu və digər üsyançılar tərəfindən illərdir idarə olunur və ağır döyüşlərə şahid olub.

Suriya, Dəməşq şəhəri 22 May 2018-ci il. Yarmuk Fələstin düşərgəsində zərər çəkmiş binalar
Suriya, Dəməşq şəhəri 22 May 2018-ci il. Yarmuk Fələstin düşərgəsində zərər çəkmiş binalar

"Yarmukdakı dağıntının miqyası, münaqişə zonalarında uzun illər humanitar işlərdə gördüyüm çox az hadisə ilə müqayisə edilir", - fələstinli qaçqınlar üzrə Birləşmiş Millətlər agentliyinin baş katibi Pyer Krahenbul bildirib.

Bir zamanlar 160 min fələstinliyə ev olmuş düşərgə indi xarabalıqdır.

Krahenbul üç günlük səfəri zamanı Suriya ətrafında olan düşərgələrdəki fələstinli qaçqınlarla görüşüb. Onun sözlərinə görə, onların qaytarılması və yenidən qurulması perspektivləri ilə bağlı "narahatlıqlar" var.

Krahenbul bildirib ki, ABŞ-ın maddi dəstəyinin azalması fələstinlilərə Yardım Agentliyi (UNRWA) tarixində “ən yüksək əksikliyə” səbəb olub. Agentliyin verdiyi məlumata görə, 446 milyon dollarlıq kəsr var və bu, digər donorlar vasitəsilə 200 milyon dollar artırmaq üçün səfərbər oldu. Onun sözlərinə görə, prioritet Suriya ətrafındakı məktəbləri fələstinli qaçqınlara açmaqdır.

Fələstinlilərə Yardım Agentliyi 5 milyona yaxın fələstinli qaçqını yardımlarla təmin edir.

XS
SM
MD
LG