Accessibility links

Suriya hava hövzəsində "düşmən hədəfə" müdaxilə edib


Suriya dövlət mediası şənbə günü bildirib ki, Suriyanın hava müdafiə qüvvələri səhər saatlarında paytaxt Dəməşqin qərbində ölkənin hava hövzəsini pozan “düşmən hədəfə” müdaxilə edib.

Dövlət xəbər agentliyi SANA bildirib ki, "Dəməşq yaxınlığında Deir Əl-Əşair ərazisinin üzərindəki hava hövzəsini pozan düşmən hədəfin qarşısının hava müdafiə qüvvələri tərəfindən alındığına”dair məlumat var.

Ərazi Livan sərhədi yaxınlığında yerləşir.

Suriya hava müdafiə qüvvələri cümə axşamı gecə saatlarında da buna bənzər əməliyyat keçirib.

SANA müdaxilələrin arxasında İsrailin olduğunu güman edir.

“Son həftələrdə İsrail düşməni hərbi mövqelərimizə hücum edib” - deyə,kanalda bildirilib.

İranın Suriyada artan mövcudluğunun İsrailin təhlükəsizliyinə hədə olduğundan narahat olduğu üçün yeddi ildir davam edən müharibə müddətində Suriyada İranın və İranın dəstəklədiyi bir çox mövqeləri vurub.

İsrail ordusunun sözçüsü xarici xəbərlərlə bağlı şərh vermədiyini deyib.

Dəməşq ötən ay iyun başlayan hücumdan sonra İsrailin işğal etdiyi Qolan təpəlikləri ilə sərhədin habelə cənub-qərbdə İordaniya ilə sərhədin nəzarətini yenidən ələ keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG