Accessibility links

Suriyanın şərqində hava hücumları zamanı 15 nəfər həyatını itirib


Suriyanın şərqində İslam Dövləti qrupunun nəzarətində olan kəndin hava hücumlarına məruz qalması nəticəsində 15 adamın öldürüldüyü bildirilir. Bu haqda məlumatı ərazini monitorunq edən qruplar məlumat verib. Bəzi ehtimallara görə ölənlərin sayı 35-ə çatır.

Müşahidə qruplarının bildirdiyinə görə, kaset bombaları Fərat çayı sahilində yerləşən Doblan kəndinə naməlum təyyarələrdən atılıb. Bu ərazidə ABŞ, Suriya və Rusiya hərbi təyyarələri əməliyyatlar keçirir.

Britaniyada qərargahlanan Suriyada İnsan Haqlarını Müşahidə qrupu koalisiya qüvvələrinin Əl-Məyədin şəhərində İŞİD-in nəzarətindəki həbsxanaya hava hücumu nəticəsində 57 nəfər öldüyünü bildirib.

Birləşmiş Ştatlar bu iddiaları nəzərdən keçirəcəyini bildirib, lakin hərbi qüvvələrin nümayəndəsi Amerikanın səsinə deyib ki, koalisiyanın missiyası dəqiq şəkildə planlaşdırılıb və mülki əhali arasında mümkün tələfatlar riskinin azaldılması şərtilə keçirilib.

“Koalisiyanın məqsədi həmişə insanlar arasında heç bir tələfata yol verməməkdir. Biz hədəf aldığımız zaman ciddi standartlara əməl edirik və insanların müdafiəsi üçün fövqəladə səylər göstəririk”, mayor Adrian Rankayn-Qallovey bildirib.

Əl-Məyədin Doblan kəndindən təxminən 20 kilometrlik məsafədə yerləşir.

İŞİD-in de-fakto paytaxtı olan Raqqa son günlər böyük təzyiqlərlə qarşılaşır. İŞİD-in rəhbərliyi Əl-Məyədinə keçirdiyi haqda məlumatlar verilir.

XS
SM
MD
LG