Accessibility links

Hökumət təyyarələri Dəməşq-Hələb yolunda yerləşən şəhərə hücum ediblər


Müxalifət fəalları Suriyanın döyüş təyyarələrinin Dəməşq və Hələb yolunda yerləşən Məraat ən-Numan şəhərinə hücum etdiyini bildirib. Nəticədə 6 mülki vətəndaşın həlak olduğu xəbər verilir.

Hücumlar riayət edilməyən atəşkəs vaxtına təsadüf edir. Hava zərbələrinin məqsədi rəqib döyüşçülərin ələ keçiridiyi sünni müsəlman ərazilərinin qaytarılmasıdır.

Suriyanın dövlət televiziyası hava qüvvələri generalının öldürüldüyünü xəbər verib. Abdulla Mahmud Əl-Xalidinin ölümündə terrorçular günahlandırılıb.

Bu arada, Dəməşqdəki Fələstin qaçqın düşərgəsində hökumət və rəqib döyüşçülər arasında qarşıdurma olub. Suriya 500 min fələstinli qaçqına sığınacaq verib.

Dünən Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəsi qrupu Dəməşqdə münaqiənin başlanğıcından bəri ən ağır hava reydlərinin keçirildiyini bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG