Accessibility links

Hələbdə Suriya ordusu və üsyançı qüvvələr arasında toqquşmalar davam edir


Suriya ordusu və üsyançı qüvvələr arasında uşaqlar daxil olmaqla 250 mindən çox insanın mühasirədə qaldığı Hələbdə toqquşmalar davam edir.
Suriya qüvvələri irəliləyərək, üsyançıların nəzarətində olan Hələbin nəzarətini geri almağa çalışır. Hər iki tərəfin tələfatlar verdiyi bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı Hələbdə xəstə və yaralı yüzlərlə insanın dərhal təxliyyə edilməsinə çağırıb.

Təşkilatın hesablamalarına görə, son iki həftə ərzində ölən və yaralananların üçdə bir hissəsini uşaqlar təşkil edir.

"Vəziyyət həqiqətən də ağlasıqmazdır. Orada olan səhiyyə işçilərinin bildirdiyinə görə, son iki həftədə bombardmanlar nəticəsində 106 uşaq daxil olmaqla 338 nəfər həlak olub. 846 adam yaralanıb, bunların yenə də təxminən üçdə ikisi-261-i uşaqlardır"-deyə Ümumdünya Səhiyyə Təşkilatının humanitar təcili yardım şöbəsinin direktoru Rik Brennan bildirib.

Hələbdə bombardmandan sonra dağıntılar altından çıxarılan uşaq xilas edilir
Hələbdə bombardmandan sonra dağıntılar altından çıxarılan uşaq xilas edilir

ABŞ-dan qınama

ABŞ prezidenti Barak Obama Hələbin şərqində mülki əhaliyə qarşı "Rusiya və Suriyanın barbar hücumlarını"kəskin şəkildə qınayıb.

"Son iki həftədə bombardmanlar nəticəsində 106 uşaq daxil olmaqla 338 nəfər həlak olub. 846 adam yaralanıb, bunların yenə də təxminən üçdə ikisi-261-i uşaqlardır"-Rik Brennan

Ağ Evin bildirdiyinə görə, Obama Almaniya kansleri Angela Merkellə telefonla danışıb. Hər iki lider döyüşləri dayandırmayıb humanitar yardımın çatdırılmasına imkan vermədiyinə görə Rusiyanın və Suriya prezidenti Bəşar Əl-Əsəd rejiminin məsuliyyət daşıdığı ilə bağlı razılığa gəlib.

ABŞ Dövlət katibi Con Kerri bildirib ki, Moskvanın Hələbin şərqini bombalamağa davam etdirməsinə görə Birləşmiş Ştatlar Rusiya ilə diplomatik danışıqların dayandırılması həddindədir.

Suriyada İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, Rusiyanın son ildə ölkə boyu hava hücumları mülki əhali də daxil olmaqla 9 mindən çox adamın ölümülə nəticələnib. Qrup mülki əhali arasınd çox sayda insanın hava hücumları nəticəsində yaralandığını bildirib.

Kerri Ruiyanın hava hücumlarını dayandırmağa söz verməsindən sonra danışıqların davam etdirilməsini "qeyri-rasional" adlandırıb.

"İndi elə bir məqam gəlib çatıb ki, biz müəyyən müddət üçün yeni alternativlər axtarmalıyıq"-deyə Kerri bildirib. ABŞ Dövlət katibi Suriya xalqının gələcəyi ilə bağlı ciddi narahatlığını bildirib.

Birləşmiş Ştatlar Rusiyanın atəşkəsə əməl etməsi və BMT-nin yardım konvoyunun Hələbə yardım çatdırmasına imkan verməsi üçün yaxın müttəfiqi olan prezident Əsədə təzyiq göstərməsini istəyir.

XS
SM
MD
LG