Accessibility links

Hələb şəhərinə hücumlar yenidən vüsət alıb


BMT-nin Təhlükəsizlik Şurası bazar günü növbədənkənar iclas keçirib. İclasda Suriya və Rusiya hərbi təyyarələrinin üsyançıların nəzarətində olan Hələb şəhərinə hücumu müzakirə olunub.

Birləşmiş Ştatlar, Fransa və Britaniya Rusiyanın müttəfiqi olan Suriyaya hücumlar dayandırmaq üçün dərhal təzyiq göstərməsinə çağırıb. BMT-nin məlumatına əsasən hücumlar zamanı 213 insan həlak olub.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin hücumları müdafiə edərək bildirib ki, üsyançı qrup Hələbdə sakinları girov saxlayır.

BMT-nin məlumatına əsasən hava hücumları nəticəsində üsyançıların nəzarətində olan Hələb şəhərində insanlar susuz qalıb.

Hələb Suriyanın ikinci böyük şəhəridir. Şəhər 2012-ci ildən bəri hökumət qüvvələri, üsyançı qrupları, İslamçı ekstremistlər və kürd döyüşçüləri arasında bölünüb. Suriyanın müxalifət mediası son hücumları bu günədək ən dəhşətli hücum adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG