Accessibility links

Suriya müharibəsi ölkə iqtisadiyyatına 202.6 milyard dollarlıq zərər vurub


BMT-nin dəstəyi ilə hazırlanan hesabatda Suriyada davam edən müharibənin iqtisadi və sosial təsirləri əks etdirilir.

Sənəddə müharibənin ölkə iqtisadiyyatına 202.6 milyard dollarlıq zərər vurmaqla yanaşı, ərzaq sorağında olan insanların bərabərsizlik səviyyəsinə düşdüyü bildirilir.

Müharibə Suriyada işsizlik səviyyəsini artırıb. 2011-ci ildə işsizlik 15 faiz təşkil edirdisə, ötən ilin sonunda bu göstərici 58 faizə yüksəlib.

4 milyon insanın işsiz olduğu bu ölkədə əhali sayı 21 milyondan 17.5 milyona enib.

Suriya münaqişəsinin həlli üçün siyasi razılıq əldə edilməsində nailiyyət olmayıb.

Döyüşlərdə 220 min insan həlak olub, 3.8 milyon suriyalı qonşu ölkələrdə qaçqın kimi sığınacaq tapıb. 6.8 milyon insan ölkə daxilində məcburi köçkün vəziyyətində yaşayır.

Suriyanın Siyasət Araşdırmaları Mərkəzinin hesabatında deyilir ki, zorakılıqlar uşaqlara ciddi təsir göstərməkdədir. Surada uşaqların yarıdan çoxu məktəbə getmir. Onların əksəriyyəti 3 ildir təhsil almır.

BMT-nin bildirdiyinə görə, dekabr ayında ölkədəki məktəblərin üçdə bir hissəsi dağılıb.

Bu arada, BMT-nin Nyu-Yorkdakı baş qərargahında Suriyadakı vəziyyətlə bağlı 55 min foto-şəklin sərgisi açılıb. Şəkillərdə ingəncələr, aclıq və qətllərə məruz qalanlar nümayiş etdirilir.

Sərgi ABŞ, Britaniya, Fransa və digər ölkələrin sponsorluğu ilə təşkil edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG