Accessibility links

Suriya hökuməti Ərəb Liqasının planına imza atdı


Suriya hökuməti Ərəb Liqasının planına imza atdı
Suriya hökuməti Ərəb Liqasının planına imza atdı

Suriya hökuməti təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı hücumlarının dayandırılması məqsədi ilə Ərəb Liqasının müşahidəçilərini ölkəyə buraxmağa razı olub. Doqquz ay davam edən zorakılıqlardan və BMT-nin hesablarına görə azı 5000 insanın öldüyünü deməsindən sonra razılığa bu gün Misir paytaxtı Qahirədə Suriyanın xarici işlər nazirinin müavini Feysəl Mekdad imza atıb.

Keçən ay Ərəb Liqası baş verənlərlə bağlı hazırladığı planı Suriyaya qəbul etdirmək üçün Dəməşqi təşkilatın üzvlüyündən çıxarmış, bu ölkəyə qarşı diplomatik və iqtisadi sanksiyaların həyata keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Suriya hökuməti isə müşahidəçilərin ölkəyə daxil olmasını ölkənin suverenliyinə müdaxilə adlandıraraq, bu planı qəbul etməmişdi.

Suriyanın ən yaxın müttəfiqi İran prezident Bəşar əl-Əsədin planı qəbul etmək qərarını dəstəkləyib. Habelə, bu gün Çin BMT Təhlükəsizlik Şurasının Suriyadakı zorakılıqları pisləyən qətnaməni dəstəklədiyini açıqlayıb. Rusiya tərəfindən təqdim olunan qətnamə zorakılıqlarda iştirak edən bütün tərəfləri pisləyir, amma konkret sanksiyalar tətbiq etmir.

XS
SM
MD
LG