Accessibility links

Dəməşq yaxınlığında hökumət qüvvələri və rəqib döyüşçülərin atəşi nəticəsində 36 adam ölüb


Suriya fəallarının bildirdiyinə görə, Dəməşq yaxınlığında hökumət qüvvələrinin hava zərbələri və rəqib döyüşçülərin atəşi nəticəsində 36 adam ölüb.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu hücumlar zamanı 60-dan çox insanın xəsarət aldığını bildirib.

Dövlət SANA xəbər agentliyi hücumların terrorçular tərəfindən həyata keçirildiyini xəbər verib.

Qarşıdurma İranın xarici işlər naziri Məhəmməd Cavab Zərifin Suriyaya səfəriindən bir neçə saat əvvəl baş verib.

​Zərif president Bəşar Əl-Əsədə Tehranın Suriyada vətəndaş müharibəsinə son qoyulmasına dair yeni planını açıqlayıb.

İranın xarici işlər naziri daha əvvəl İranın sülh planını səfər etdiyi Livanda açıqlayıb. Livanda o, Hizbullah qrupunun liderləri ilə görüşüb.

Suriya qüvvələri Hizbullah döyüşçüləri ilə bərabər hökumət qüvvələrinin 48 saatlıq atəşkəsini qəbul edib.

Müşahidə qrupunun bildirdiyinə görə, tərəflər rəqib qüvvələrin Zabadani bölgəsindən çıxarılması məsələsini müzakirə edir.

Suriya böhranı 240 min insan həyatına son qoyub. BMT-nin təxminlərinə görə, 11.6 milyon insan evindən didərgin düşüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG