Accessibility links

Suriya İordaniya ilə sərhədi açıb


Suriya və İordaniya arasında olan əhəmiyyətli sərhəd şənbə günü bir neçə ildən sonra yenidən açılıb. Bu barədə Suriya hökumətinin nəzarət etdiyi xəbər agentliyi məlumat yayıb. Əlavə edilir ki, sərhəd boyu yük maşınlarının fəaliyyəti və nəqletmə bərpa edilib.

Nasib sərhəd məntəqəsinin yenidən açılması prezident Bəşər Əsəd hökumətininə rahat nəfəs almaq imkanı verəcək. Sərhədin açılması ilə Suriya Ərəb ölkələrinə əhəmiyyətli ixrac prosesini bərpa edə bilib.

Üsyançılar sərhəd üzərində nəzarəti 2015-ci ildə ələ keçirib. Bu onlara fəaliyyətlərini davam etməyə və Suriyanın İordaniya, Livan və neftlə zəngin Körfəz ölkələri ilə ticarət münasibətlərini kəsməyə yardım edib.

Suriya qoşunları əraziyə nəzarəti iyul ayında təmin edib. Bu, üsyançıların Rusiyanın vasitəçiliyi nəticəsində cənub vilayəti olan Daraada zorakılığa son qoymaq və sərhəddən əl çəkməyə razılıq verməsindən sonra baş verib. Daraanın və Nasib məntəqəsinin ələ keçirilməsi Əsədin qüvvələri üçün vacib qələbədir. Bununla hakimiyyət qüvvələri Rusiya və İranın dəstəyi ilə ölkə ərazisinin böyük hissəsinə nəzarəti bərpa edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG