Accessibility links

İdlibdə məcburi köçkün ailələrin yaşadığı sığınacağa hücum olub


Çərşənbə günü Suriya ordusunun ölkənin şimal-qərbində məcburi köçkün ailələrin yaşadığı sığınacağı raket atəşinə tutması azı 8 nəfərin ölümü ilə nəticələnib.

Səhiyyə işçilərinin dediyinə görə, İdlib vilayətinin Sarmin qəsəbəsində məcburi köçkünlərin sığındığı məktəbə edilən raket hücumu zamanı ölənlərdən beşi uşaq olub. Azı 16 nəfərin yaralandığı bildirilib.

Məktəb binasında İdlibdə Rusiyanın dəstəyi ilə aparılan bombardman kampaniyasından qaçan ailələr yaşayır.

Sarmin, keçən ilin sentyabr ayında Türkiyə, Rusiya və İran liderlərinin əldə etdikləri razılaşmaya baxmayaraq, keçən aydan bəri yenidən rus təyyarələri və Suriya artilleriyasının amansızcasına vurduğu şəhərlər və kəndlər arasındadır.

Suriyanın hökümət qüvvələri dekabr ayında üsyançıların ən son istinadgahına yeni hərbi hücuma başladı. Bu hücum nəticəsində insanlar ölkənin Türkiyə sərhədindəki təhlükəsiz ərazilərə kütləvi şəkildə axın etdi.

Suriya qoşunları hava hücumları altında İdlib vilayətində üsyançıların nəzarət etdiyi Maaret Əl-Numan şəhərinə doğru irəlilədi. Şəhər paytaxt Dəməşqlə Suriyanın ən böyük şəhəri olan Hələbi birləşdirən əsas yolun üzərində yerləşir.

Suriya prezidenti Bəşər Əsəd qüvvələrinin məqsədi qiyamçıların 2012-ci ildən bəri bağladığı avtomagistralı açmaqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG