Accessibility links

Suriya ordusu İordaniya ilə sərhəd bölgələri rəqib döyüşçülərdən azad edib


Suriya ordusu və onun müttəfiqləri İordaniya ilə sərhəd bölgələri rəqib döyüşçülərdən azad edib.

Hizbullahın hərbi mediası bildirib ki, qüvvələr Sveyda bölgəsində iki keçid məntəqəsi və sərhəd postlarının nəzarətini ələ keçirib.

Rəqib döyüşçülər hələ də Suriyanın cənub-qərb bölgərinində böyük əraziləri nəzarətində saxlayır.

Sveyda vilayəti ABŞ-Rusiya atəşkəs razılığında yer almayıb.

Qərbin dəstəklədiyi rəqib Şəhidlər qrupunun sözçüsü Ənməd Əbdo hücumların iki tərəfdən edildiyini bildirib.

Hərbi qüvvələr irəlilədikcə sərhəd postlarının nəzarətini geri qaytarıb.

Suriyanın hərbi mənbələri ordu və onun müttəfiqlərinin 30 kilomertlik sərhəd bölgəsini ələ keçirdiyini bildirərək, bunu böyük uğur kimi qələmə verib.

XS
SM
MD
LG