Accessibility links

İŞİD ailələri qaçqın düşərgələrinə axışır


İŞİD ailələri qaçqın düşərgələrinə axışır
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Suriya ordusunun beynəlxalq qüvvələrin yardımı ilə İslam Dövləti qrupu ilə son döyüşlər keçirildiyini güman etdiyi bir vaxt, əsasən qadın və uşaq olmaqla, Suriyanın şimalındakı düşərgələrdən 65 mindən çox insan evakuasiya edilib. Heç kim bu qədər insanın evakuasiya ediləcəyini ağlına belə gətirmidi. Bu insanların çoxu qəzəblidir və İslam Dövlətinin yenidən qələbə çalacağına inanır.

Suriyanın İslam Dövləti qrupunun nəzarətindəki son istehkamından evakuasiya edilən insanların çoxunun qrupun döyüşçüləri ilə qohumluğu var. Onların arasında döyüşçülərin dul qalmış arvadları və uşaqları var. Onlar hələ də qrupun qələbəsinə inanır.

Ümm Məhəmməd İslam Dövləti qrupunun döyüşçülərinin düşmənlərini öldürdüyünə inanır və beş uşağının atalarının yolu ilə gedəcəklərinə ümid etdiyini deyir. “Mən onlara bunu deməməliyəm. Onlar kimi sevdiklərini bilir. Onlar İslam Dövlətini sevir. Onların atası bu qrupun üzvü idi.”

Yardım işçiləri ekstremizmin qarşısının yalnız bir yolla alına biləcəyini, bu yolun düşərgələrə humanitar yardım çatdırmaq və onların düşmən olmadıqlarına inandırmaq olduğunu deyirlər. Lakin insan sayının həddən artıq çox olması vəsait çatışmazlığı bunu etməyə imkan vermir.

Son bir neçə gün ərzində düşərgəyə gələrkən yolda demək olar ki, hamısı uşaq olmaqla, azı 100 nəfər ölüb. Ölümlə nəticələnən sağlamlıq böhranından əlavə, yeni gələn minlərlə insana çadır lazımdır. Düşərgə rəsmisi Mazen Skexe: “Gördüyünüz kimi biz hazırda fövqəladə vəziyyətdəyik, Çünki buraya müxətlif yerlərdən İŞİD-ın nəzarətində olan çox sayda insan gəlir. Bizim böyük ehtiyaclarımız var.”

İslam Dövləti qrupunda döyüşən xaricilərin ailələri ayrı saxlanır və onların geri göndərilmələri üçün hökumətlərindən cavab gözlənilir.

Suriya və İraqın bu ailələrinin də taleyinin necə olacağı aydın deyil. İslam Dövləti qrupu illərdir şəhər və kəndlərdən sıxışdırılıb çixarılıb. Ailələri də onlarla birlikdə evlərindən uzaqlaşmalı olub və ola bilsin ki, geri qayıdarkən yaşadıqları icma tərəfindən qəbul edilməsinlər.

Lakin yardım təşkilatları düşərgələrdə həyatın kritik vəziyyətdə olduğunu və fövqəladə vəziyyətdən çıxmaq üçün zaman tələb olunduğunu deyir.

XS
SM
MD
LG