Accessibility links

Suriyada girov götürülən 2 ispan jurnalisti azadlıqdadır


6 ay əvvəl Suriyada Əl-Qaidə ilə əlaqəsi olan qrup tərəfindən girov götürülən 2 ispan jurnalisti azadlıqdadır.

İspaniyanın El Mundi qəzetinin bildirdiyinə görə, jurnalist Haviyer Espinosa və fotoqraf Rikardo Qarsia Vilanova Türkiyə qüvvələrinə təhvil verilib.

Onlar hazırda İspaniyaya yola düşüb. Jurnalistlərin nə yolla azad edildiyi məlum deyil.
Onlar sentyabr ayının 16-da İraqın İslam Dövləti qruplaşması tərəfindən girov götürülmüşdü.
XS
SM
MD
LG