Accessibility links

İsrail Suriya döyüş təyyarəsini vurub


İsrail hərbiçiləri Qolan təpələri üzərində Suriya döyüş təyyarəsini vurub.

Hərbiçilər İsrail hava sərhədini keçdikdən sonra təyyarəyə Patriot yer-hava raketləri atıb.

Suriya dövlət televiziyası hərbi mənbəyə istinadən hücumu təsdiqləyib və bildirib ki, İsrail İslam Dövləti yaraqlıları və Əl-Qaidə ilə əlaqəsi olan Nusra cəbhəsinə yardım edir.

Suriya qüvvələri əsasən Qolan təpələrində Nusra döyüşçüləri olmaqla, hər iki qrupun yaraqlılarına qarşı döyüşür.

Bugünkü hadisə İsrailin Qolan hava sərhədinə daxil olan dronu vurmasından üç həftə sonraya təsadüf edir.

XS
SM
MD
LG