Accessibility links

Suriya kürdləri Türkiyənin hücumu fonunda ABŞ-ı "mənəvi öhdəliklərini" yerinə yetirməyə çağırır


Suriya Demokratik Qüvvələrin üzvləri

Kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) cümə günü amerikalı müttəfiqlərinin onları Türkiyənin hücumundan müdafiə edərək “mənəvi borcunu” yerinə yetirməyə çağırıb.

“Müttəfiqlərimiz bizi müdafiə edəcəklərinin təminatını vermişdi amma onlar qoşunlarını Türkiyə sərhədinidən geri çəkmək kimi ədalətsiz qərar verərək bizi xəbər vermədən tərk etdilər”, onlar bəyanatda bildirib.

Suriya Demokratik Qüvvələri Suriyada ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupuna qarşı aparılan kampaniyanın əsas tərəfdaşı olub.

Türkiyə hücuma ABŞ prezidenti Donald Tramp bazar ertəsi ABŞ qoşunlarını sərhəddən geri çəkmək qərarını verəndən sonra başlayıb.

Donald Tramp və Kim Conq Un
Donald Tramp və Kim Conq Un

Tramp Türkiyəyə hərbi əməliyyatı başlatmağa imkan yaratmaqda günahlandırılır.

Lakin Tramp o zamandan bəri Ankaraya qarşı siyasətini sərtləşdirib və cümə günü Türkiyəni sanksiya tətbiq etməklə hədələyib.

Suriya Demokratik Qüvvələri şənbə günü sanksiyaların qurudakı əməliyyatlara təsirininin çox olmayacağını və Türkiyənin əməliyyatını davam etdirməsinin qaşısını almayacağını bildirib.

Türkiyənin kürdlərin nəzarət etdiyi şəhərlərə hava hücumları və artilleriya atəşi sərhədin hər iki tərəfindən tələfatlara səbəb olub. Suriya İnsan Haqları Müşahidə qrupunun verdiyi məlumata görə,Suriyada 28 mülki vətəndaş və Suriya Demokratik Qüvvələrin 74 döyüşçüsü öldürülüb.

Türkiyədən verilən məlumata görə isə Türkiyə tərəfində 17 mülki şəxs öldürülüb.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, zorakılıqlar nəticəsində Suriyanın şimalında 100 min insan didərgin düşüb.

Şərhlərə bax

XS
SM
MD
LG