Fəallar bildirir ki, kürdlərin rəhbərliyi altında ABŞ-ın dəstəklədiyi silahlılar cümə günü İslam Dövləti qrupununun nəzarəti altında olan son şəhəri, şərqi Suriyadakı yeganə militant anklavı bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra tutublar.
Şəhər alınsa da, ətraf kəndlərdə İŞİD qüvvələri qalmaqdadır.
Hacin şəhərinin tutulması ekstremistlərə ağır zərbədir. Şəhər İraq sərhədindən uzaq olmayan Suriyanın şərqində nəzarət edən torpaqlarda əsas dayaq olub. İŞİD hələ də yaxın ətrafdakı bəzi kəndlərə nəzarət edir.
Əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDQ) Hacin və Deyr əs-Zor əyalətindəki ətraf kəndləri i ələ keçirmək üçün döyüşlər keçirib. Ötən həftələr ərzində Suriyanın şimalından əlavə silahlıların gəlməsi ilə hücum əməliyyatlı intensiv xarakter alıb.
Britaniyada yerləşən Suriya İnsan haqqları Monitorinqi qrupu bildirib ki, ABŞ-ın başçılığı ilə baş verən hava hücumlarından sonra Suriya Demokratik Qüvvələri Hacin şəhərini səhər saatlarında ələ keçiriblər. Bəzi İŞİD döyüşçülərinin kəndə qaçdıqları deyilir.
Suriya Demokratik Qüvvələri hələ də Hacin şəhərindən kənar ərazilərdə ekstremistləri izləyirlər.
Avropada yaşayan DeirEzzor 24 monitorinq qrupunun fəalı Ömər Abu Layla şəhərin ələ keçirildiyini təsdiq edib və əlavə edib ki, İŞİD döyüşçüləri hələ də Hajin şəhərinin civarlarında cəmləşiblər.
Burada əks-hücumlar və intiharçı hücumları ilə müqavimət göstərən 2,000 İŞİD silahlısı daxil olmaqla, 15,000 adam yaşayıb. Son günlər ərzində minlərlə dinc əhali Suriya Demokratik Qüvvələrinin olduğu Fərat çayının şərq sahilinə və hökümətin nəzarət etdiyi çayın qərb sahilinə köçüblər.