Accessibility links

Sərhədsiz həkimlər : Suriyada 3600 nəfər zəhərlənmə diaqnozu ilə müalicə edilir


Sərhədsiz həkimlər təşkilatının bildirdiyinə görə, Suriya xəstəxanalarında 3600 nəfər zəhərli maddələrdən zəhərlənmə diaqnozu ilə müalicə edilir.

Təşkilat bildirir ki, Dəməşqin 3 xəstəxanasına gətirilən insanlarda zəif görmə, qıcanma, artıq türüpcək ifrazı kimi toksik zəhərlənmə simptomları qeydə alınıb. Bu insanların 10 faizinin dünyasını dəyişdiyi bildirilir. Yardım işçiləri və bu insanları xəstəxanaya çatdıranlarda da zəhərlənmə simptomları müşahidə edilib. Sərhədsiz həkimlər təşkilatı bunu kütləvi zəhərlənmə kimi qiymətləndirir.

Təşkilatın məlumatı Suriya hökumətinin kimyəvi silahlarla hücumu nəticəsində 1000-dən adamın həlak olduğuna dair iddialardan sonra verilir.
XS
SM
MD
LG