Accessibility links

COVID dövründə dərslərini əyani davam etdirmək məcburiyyətində qalan suriyalı uşaqlar


COVID dövründə dərslərini əyani davam etdirmək məcburiyyətində qalan suriyalı uşaqlar
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Bir çox gənc üçün payız yay əyləncələrinin sonu və yeni dərs ilinin başlanğıcıdır. Lakin koronavirus pandemiyasının dünya boyu gündəlik həyata təsir etməsi ilə 2020-ci il qeyri-adi bir ildir. Onsuz da münaqişə şəraitində yaşayan bəzi ölkələrdə şagirdlər COVID dövründə dəsrlərini əyani olaraq davam etdirmək məcburiyyətində qalıb.

Suriyanın paytaxtındakı məktəblərdə zənglər çalınır. Dəməşqdəki uşaqlar ömürləri boyu olmasa da, həyatlarının yarı hissəsini vətəndaş müharibəsi şəraitində keçirib. Bu tədris ilində isə onlar əlavə olaraq COVID-19 riskləri ilə də üzləşir. Milad Şiha “Qorxu var. Hamımız qorxduq, lakin Təhsil Nazirliyi uşaqlarımızı qorumaq üçün lazımi addımları atıb. Sosial məsafəni qorumaq, üz maskalarından istifadə etmək, bir-birinin əşyalarından istifadə etməmək, başqasının şüşəsindən içməmək və salamlaşanda əl etmək kimi məsləhətlərin həyat tərzi və mədəniyyət halına gələcəyinə ümid edirik. Ailələrin belə həyat tərzini qəbul etmələrini arzu edirəm."

Şəhərin ibtidai məktəb müdiri Milad Şiha COVID-19-a görə sosial məsafə və şəxsi gigiyenanı özündə cəmləşdirən yeni bir tədris proqramının yaradıldığını deyir. Onun sözlərinə görə, qorunma tədbirləri ilə yanaşı, məktəblərin yoluxanlar üçün də planı var. "Şagirdlərin beş faizinin koronavirusa yoluxduğundan şübhələnsək, məktəbi 15 gün müddətinə bağlayacağıq və hər gün sterilizasiya edəcəyik. Bundan sonra şagirdlər məktəbə qayıda bilər".

Məktəbin səhiyyə şöbəsinin müdiri Zeyna Mahmud rəsmilərin şagirdlərin sağlamlığını aktiv şəkildə izləyəcəklərini deyir. "Şagirdlər məktəbə gəlmədiyi zaman onların vəziyyətini izləyəcəyik və valideynləri ilə əlaqə saxlayaraq, onların məktəbə gəlməməsinin səbəbini və bunun onların sağlamlığı ilə əlaqədar olub-olmadığını öyrənəcəyik."

Suriya xəbər agentliyi bu yaxınlarda dörd milyona yaxın şagirdin məktəbə qayıtdığını bildirib. Suriyada bu günə qədər koronavirusa təxminən 3500 təsdiqlənmiş yoluxma və 152 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG