Accessibility links

BMT: Kimyəvi silahların tam məhvi üçün Suriyada 16 barel kimyəvi maddə qalıb


Suriya kimyəvi silahların məhv edilməsi üzrə BMT agentliyinin rəhbəri bildirib ki, qalan səkkiz faiz kimyəvi maddə təhlükəli və əlçatmaz ərazidədir.

Siqrid Kaaq Təhlükəsizlik Şurasındə bağlı qapılar arxasında keçirilən müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib ki, bütün kimyəvi silahların 100 faizlik məhvi üçün cəmi 16 barel kimyəvi silah qalıb.

Kimyəvi silahlara tam çıxış məhdud olduğunu bildirən cənab Kaq deyib ki, Suriya iyunun 30-dək silahların təhvilini başa çatdırmalıdır.

Bu arada, Suriyanın əsas müxalifət qrupunun lideri Əhməd Carba bildirib ki, onun Vaşinqtonda dövlət katibi Con Kerri və digər yüksək vəzifəli şəxslərlə görüşü Suriya xalqı üçün müsbət dəyişiklik gətirəcək.

Cənab Carba Birləşmiş Ştatların suriyalılara kömək etmək istədiyini deyib. Cənab Kerri ABŞ-ın koalisiya ilə əməkdaşlığı artıracaq addımlar atdığını bildirib.

Dövlət katibi koalisiyanın Suriya xalqının hüquqlarını qoruyacağına inandığını deyib.
XS
SM
MD
LG