Accessibility links

Suriya üsyançıları və müxalifəti Rusiyanın vasitəçiliyi ilə danışıqlarda iştirakdan imtina edir


Suriya üsyançıları və müxalifət qrupları Rusiyanın təklif etdiyi sülh danışıqlarında iştirak etməkdən imtina edərək, Moskvanı öz müttəfiqi olan prezident Bəşar Əsədə münaqişəyə son qoymaq üçün təzyiq göstərməməkdə ittiham edib.

Suriyanın 40 üsyançı qrupu açıqladıqları bəyanatda gələn ay keçirilməsi gözlənilən danışıqların BMT-nin başçılığı ilə prosesdən “yan keçmək” cəhdi olduğunu bildirib. 2014-cü ildən başlanan bu danışıqlarda ciddi inkişafa nail olunmayıb.

Üsyançı qruplar bildirib ki, Moskva onlardan Əsədin hakimiyyətdən getməsi tələbini geri çəkmələrini istəyib.

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşar Əsəd Suriyada Hemeymim hərbi hava bazasında
Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşar Əsəd Suriyada Hemeymim hərbi hava bazasında

“Biz bunu rədd edirik və Rusiyanın suriyalılara qarşı müharibə cinayətləri törədən təcavüzkar olduğunu təsdiq edirik. Rusiya Suriya xalqının əziyyətlərinin azaldılması üçün bir addım belə atmayıb və rejimə həll istiqamətində yolda hər hansı addım atmaq üçün təzyiq göstərməyib”, üsyançı qrupların bəyanatında deyilir.

Biz bunu rədd edirik və Rusiyanın suriyalılara qarşı müharibə cinayətləri törədən təcavüzkar olduğunu təsdiq edirik.

Əhrar Əl-Şəm, İslam ordusu və Azad Suriya ordusuna daxil olan bir neçə qrup BMT-nin başçılığı ilə Cenevrə prosesinə sadiq qaldıqlarını bildirib. Onlar beynəlxalq ictimaiyyəti artıq yeddinci ildir davam edən münaqişədə qan tökülməsinə son qoymağa çağırıb. Siyasi müxalif qruplar və üsyançıların nəzarətində olan ərazilərdəki hakim orqanlar da Rusiyanın təklif etdiyi danışıqlarda iştirak etməkdən imtina edib.

Cenevrədə BMT-nin vasitəçiliyi ilə Suriyaya dair danışıqlar, 19 may 2017.
Cenevrədə BMT-nin vasitəçiliyi ilə Suriyaya dair danışıqlar, 19 may 2017.

Danışıqların yanvarın 29-30 arasında Soçidə keçirilməsi nəzərdə tutulub. Sülh danışıqlarının keçirilməsi planı Suriya hökumətini dəstəkləyən Rusiya və İran, eləcə də müxalif qüvvələri dəstəkləyən Türkiyə arasında danışıqlardan sonra elan edilib.

Suriya hökuməti danışıqlara qatılacağını bildirib. Əsəd müxbirlərə deyib ki, Soçi danışıqlarında yeni seçkilərin keçirilməsi və konstitusiyada mümkün dəyişiklərin edilməsi kimi konkret məsələlərin müzakirəsi gündəmə salınıb.

Əsədin taleyi danışıqların əvvəlki raundlarında əsas fikir ayrılıqlarına səbəb olan başlıca məsələdir. Müxalifət uzun müddətdir Əsədin heç bir rolu olmayacağı keçid dövrünə çağırır. Hökumət isı bu çağırışı rədd edir.

XS
SM
MD
LG