Accessibility links

NATO Türkiyənin Suriya ilə sərhəd bölgəsinə raketlərdən müdafiə sistemi yerləşdirəcək


NATO-nun baş katibi alyansın bir neçə həftə ərzində Türkiyənin Suriya ilə sərhəd bölgəsinə raketlərdən müdafiə sistemi yerləşdirilməsinə razılıq verdiyi deyib. Belə ki, Suriyada zorakılıqlar səngimək bilmir və Suriya hökumətinın kimyəvi silahlardan istifadə etmək ehtimalı mövcuddur.

Anders Fog Rasmussen bu açıqlamanı alyansın partnyorları, Rusiya və NATO-nun xarici işlər nazirləri ilə görüşləri zamanı verib. NATO-nun baş katibi alyansın cənub-şərq sərhədlərini hər bir təhlükədən qoruyacağını bildirib.

Türkiyə Suriyanın sərhəd əraziləri bombalamasından sonra NATO-ya müraciət edib

Alyans bölgədə Amerika istehsalı Patriot müdafiə sistemi yerləşdirməlidir. Bu system qurudakı mövqelərin hədəf alınması deyil, raketləri havada tutmaq qabiliyyətinə malikdir.
XS
SM
MD
LG