Accessibility links

ABŞ rəsmiləri Suriya qüvvələrinin Mənbic şəhərinə girdiyinə şübhə ilə yanaşır


ABŞ rəsmiləri Suriya qüvvələrinin Mənbic şəhərinə girdiyinə şübhə ilə yanaşır. Bu şəhər ABŞ-ın dəstəklədiyi kürd döyüşçüləri ilə türkiyə arasındakı həssas bölgələrdəndir.

Suriya ordusunun bəyanatında deyilmişdi ki, qüvvələr şəhərə daxil olaraq, mühüm mövqeləri ələ keçirir. Əlavə edilib ki, Suriya vətəndaşlarının təhlükəsizliyi təmin ediləcək.

“Terror təşkilatları” Suriyanın Mənbic şəhərindən çıxsa, Türkiyənin orada işi yoxdur. Bunu Prezident Recep Tayyip Ərdoğan deyib.

Türkiyə terrorçu qrup saydığı kürd YPG qruplaşmasını Mənbicdən çıxarmaqdan ötrü oraya hücum edəcəyini deyirdi.

Suriya ordusu bu gün Mənbic şəhərinə girib. Bundan öncə kürdlərin YPG qruplaşması şəhəri Türkiyənin hücumlarından qorumaqdan ötrü Dəməşqdən kömək istəmişdi.

ABŞ qüvvələrinin bu şəhərdə hərbi bazası var və Suriya hökumət qüvvələrinin hansı səviyyədə yerləşdiyi bəlli deyil.

Suriya Demokratik Qüvvələri (SDF) başda YPG olmaqla, 2016-cı ildə Mənbici İslam Dövləti silahlı qruplaşmasından azad edib.

Suriyanın şimalında yerləşən bu şəhər Türkiyənin dəstəklədiyi üsyançılarla sərhəddə yerləşir.

Ankara YPG döyüşçülərini təhdid sayır və onları məhv etmək vədi verir.

XS
SM
MD
LG