Accessibility links

Suriyada prezident seçkiləri keçirilib


Suriyada 2011-ci ildə vətəndaş müharibəsinin başladığı gündən bəri ikinci prezident seçkiləri keçirilib.

Dünyanın hər yerindən ittihamlara baxmayaraq, səsvermə azad və ədalətli olmayıb. 2000-ci ildə uzun müddət hakimiyyədə olan atası Hafiz Əsədin ölümündən sonra vəzifəyə gələn veteran prezident Bəşər Əsədlə iki namizəd yarışıb.

Suriyanın dövlət televiziyası mayın 26-da ölkə daxilində müxbirlərlə danışıb, gün ərzində ekranlarda azı on seçki məntəqəsini nümayiş etdirib.

Kürdlərin nəzarətində olan şimal və Türkiyə ilə sərhəd boyu anklavlardan başqa ölkənin əksər bölgələrində suriyalılar səsvermə hüququna malik olub.

Prezident Bəşər Əsəd və həyat yoldaşı Əsmanın Dəməşq yaxınlığındakı məntəqədə səs verməsi dövlət televiziyası ilə nümayiş etdirilib. Əsəd Qərbin seçkilərin azad və ədalətli keçirilmədiyinə dair tənqidlərini pisləyib.

O, Suriyanın bir millət olaraq (Qərb dövlətlərinin) dediklərinə etimad göstərmədiyini, əksinə xalqın nə dediyinin mühüm olduğunu bildirib.

Prezident deyib ki, son həftələrin nümayişləri həmin ölkələrə dediklərinin etibarsız olduğuna kifayət qədər aydın bir cavabdır.

Suriya hökumətinə qarşı olan ərəb mediası 2011-ci il inqilabının başladığı cənub Daraa bölgəsində Əsəd hökumətinin devrilməsinə çağıran çox sayda video nümayiş etdirib.

BMT sözçüsü Stefan Dujarrik xarici mətbuata Suriya hökumətinin BMT-nin yeni konstitusiya çağıran 2254 saylı qətnaməsinə məhəl qoymadığını bildirib.

"2254 saylı qətnamə BMT-nin nəzarəti altında tətbiq olunan yeni konstitusiyaya uyğun olaraq, seçkilərin azad və ədalətli keçirilməsi üçün siyasi prosesi asanlaşdırmağa məcbur edir" deyə, o əlavə edib.

Əsədlə yarışan iki namizədin heç birinin 5%-dən çox səs qazanmayacağı gözlənilir.

Əsəd 2014-cü ildəki son seçkilərdə səslərin 89 faizini qazanmışdı.1970-ci ildə çevriliş edərək, vəzifəyə gələn atası Hafiz Əsədin ölümündən sonra o, bu vəzifəni icra edir.

XS
SM
MD
LG