Accessibility links

Suriya prezidenti Bəşər əl-Əsəd İrana səfər edir


Suriya prezidenti Bəşər əl-Əsəd İrana səfər edir
Suriya prezidenti Bəşər əl-Əsəd İrana səfər edir

Suriya prezidenti İranın ali rəhbəri Ayətulla Xameneyi ilə də görüşməlidir

Suriya prezidenti Bəşər əl-Əsəd İrandadır. O, həmkarı Mahmud Əhmədinejadla görüşür. Liderlərin ikitərəfli və regional məsələləri müzakirə edəcəkləri gözlənilir. Suriya prezidenti İranın ali rəhbəri Ayətulla Xameneyi ilə də görüşməlidir. Cənab Əsədın Irana səfəri İraqın keçmiş baş naziri Ayad Əlavinin Yaxın Şərq liderlərini İranın İraq siyasətinə müdaxiləsinin qarşısını almağa çağırdığı Suriya səfərindən bir necə gün sonraya təsadüf edir. Cənab Ələvinin “İraqiya” siyasi bloku növbəti İraq dövlətini qurmaq və mart seçkilərindən sonra yaranmış siyasi çıxılmazlığı aradan qaldırmaq üçün dəstək toplamağa çalışır. Cənab Ələvinin bloku sünni müsəlmanların köməyi ilə mart seçkilərində yerlərin əksəriyyətini əldə etmişdi.

XS
SM
MD
LG