Accessibility links

Suriya qüvvələri üsyançıların nəzarət etdiyi ərazini bombardman edib


İdlib, Suriya. 4 may 2019.
İdlib, Suriya. 4 may 2019.

Suriya hökümətinin ölkənin şimal-qərbində üsyançıların nəzarət etdiyi ərazilərdə həyata keçirdiyi bombardman nəticəsində minlərlə insan ölüb, xəsarət alıb, ya da evlərindən didərgin düşüb. Fəallar şənbə günü deyib ki, bu, üsyançıların sonuncu istinadgahında səkkiz aydır davam edən atəşkəsi təhlükə altında qoyub.

Bu son gərginlik Rusiya ilə Türkiyə sentyabr ayında atəşkəsə vasitəçilik etdiyindən bəri İdlib vilayətində baş verən ən ciddi zorakılıq olub. Həmin atəşkəs hökümətin üsyançıların Suriyadakı ən son istinadgahına hücum etməsinin qarşısını alıb.

Şənbə günü hökümət qüvvələri İdlibə doğru yeni dəstək göndərib ki, onlar arasında tanklar, silahlı personal daşıyıcıları və yüzlərlə qoşun var idi.

Hökümət qüvvələri son həftələr ərzində üsyançıların nəzarət etdiyi əraziləri bombardman edib, Əl-Qaidəyə bağlı militantlar isə son iki həftədə İdlib ətrafında ordu mövqelərinə hücum edərək, 20-dən çox qoşunu və hökümət tərəfdarı silahlı şəxsləri öldürüb.

Müxalif Suriya Mülki Müdafiə qrupu cümə günü səhər başlayan hava hücumları və güllələmə nəticəsində 22 mülki vətəndaşın öldüyünü və 60-dan çoxunun yaralandığını bildirib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə Qrupu təkcə şənbə günü üsyançıların nəzarət etdiyi ərazilərə 115-dən çox hücumun olduğunu bildirib. Qrup şənbə altı mülki vətəndaşın öldüyünü və bununla hökümət çərşənbə axşamı yeni kampniyasına başlayandan bəri həyatını itirən mülki vətəndaşların sayının 67-ə çatdığını bildirib.

Suriyanın SANA dövlət xəbər agentliyi xəbər verib ki, hökümət qüvvələri Əl-Qaidə ilə əlaqəsi olan İdlibin ən güclü qrupu Həyat Təhrir-əl Şamın mövqelərini hədəf alıb.

Türkiyənin müdafiə nazirliyi Suriyanın şimalındakı digər yerlərdə baş verən zorakılıqlar nəticəsində bir Türkiyə əsgərinin həlak olduğunu, bir digərinin isə Tel Rifat kəndində Suriyanın kürd döyüşçülərinin Türkiyə qoşunlarına atəş açması nəticəsində yaralandığını bildirib. Nazirlik Türkiyə qoşunlarının əks-hücum başlatdığını deyib.

Hücumu Suriyanın Kürd Xalq Qoruma Birliklərinin (YPG) həyata keçirdiyi deyilir. Türkiyə YPG-ni terror təşkilatı hesab edir.

Hücum YPG militantları Suriyanın şimalında Türkiyənin nəzarət etdiyi regionda bir əsgəri öldürüb, üçünü yaraladığı hücumdan bir neçə gün sonraya təsadüf edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG