Accessibility links

Suriya qüvvələri 2012-ci ildən bəri ilk dəfə Həmanın nəzarətini ələ keçirib


Suriya ordusunun əsgərləri
Suriya ordusunun əsgərləri

Suriyanın dövlət mediası xəbər verir ki, hökümət qüvvələri 2012-ci ildən bəri ilk dəfə olaraq şimalda yerləşən Həma vilayətinin nəzarətini ələ keçirib və onlar Morek şəhərində Türkiyənin hərbi nəzarət postunu mühasirə edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, o, gələn həftə bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə edəcək.

Ölkənin dördüncü ən böyük şəhəri Həmada Suriya hökümətinin tərəfdarları dövlət mediasının Suriya ordusunun 2012-ci ildən bəri ilk dəfə Hama vilayətinin ələ keçirdiyinə dair xəbərlərindən sonra gecə havaya fişəng atıb. Suriya ordusunun sözçüsü cümə günü dövlət televiziyasında əldə etdikləri qələbəni elan edib.

O deyib ki, Suriya ordusu Həmanın şimalında və İdlibin cənubunda irəliləyiş əldə edib və silahlı üsyançı qruplara ağır itkilər verəndən sonra onları zərərsizləşdirib. O həmçinin qeyd edib ki, ordu qüvvələri Suriyanın bütün ərzisini azad etmək üçün əməliyyatları davam etdirmək niyyətindədir.

Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Həvəskar videoda Suriya ordusununu Həmanın şimalına yerləşən Morek şəhərində Türkiyə ordusunun nəzarət postunu mühasirəyə aldığı göstərilir. Lakin Suriya qüvvələri Türkiyənin mövqeyinə hücum etməyib.

Türkiyə mediası xəbər verib ki, prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladmiri Putinə Suriya hökümətinin əldə etdiyi irəliləyişlərlə bağlı etirazını bildirəcək. Ərdoğan iddia edir ki, Dəməşq ötən il Rusiyanın Soçi şəhərində gərginliyin azaldılamasına dair əldə olunan razılığı yerinə yetirməyib.

Suriya dövlət televiziyasının Həmanın şimalındakı müxbiri bildirib ki, Suriya Ordusu üsyançı qruplardan geri aldığı əraziləri minadan təmizləyir və Dəməşqi Hələbə bağlayan əsan magistralın böyük bir hissəsini açıb.

Suriya ordusunun bir zabiti Suriya dövlət televiziyasına söyləyib ki, “ərazilərin geri alınmasının ən mühüm tərəfi odur ki, bu şəhərlərin bir çox sakini evlərinə geri dönə biləcək.

Hökümətin nəzarətində olan şəhərin bir qadın sakini də ordunun əldə etdiyi qələbəyə sevinib.

O deyib ki, hökümətin qələbəsi o deməkdir ki, artıq heç bir xəbərdarlıq siqnalı çalınmayacaq və uşaqlar küçədə rahat oynayıb, məktəbə gedə biləcəklər.

Suriya hökümətinin təhlilçisi Mahmun Maray dövlət televiziyasına bildirib ki, hökümət qüvvələrinin Həmada əldə etdiyi irəliləyiş “böyük qələbədir”, çünki “hökümət bir neçə terrorçu qrupu məğlub edərək 2012-ci ildə bəri ilk dəfə ərazinin nəzarətini ələ keçirir”.

O həmçinin iddia edib ki, “Türkiyə 2018-ci ildə olunan Soçi razılığıa əməl etməyib və Suriya hökümətini hərbi həll yolu tapmağa vadar edib”.

Dəməşq təkid edir ki, Türkiyə İdlib və Həman vilayətlərində terrorçu olduğunu iddai edtdiyi qrupları dəsətkləməyə və Suriyanın iki ən bpyük şəhəri Dəməşqlə Hələb arasındakı stateji avtomagistralın yenidən açılmasına imkan yaradacağına razılaşıb.

XS
SM
MD
LG