Accessibility links

İlin sonunadək Suriyanı tərk edən qaçqınların sayı 700 minə çatacaq


BMT-nin Qaçqınlar Agentliyinin bildirdiyinə görə, ilin sonunadək Suriyanı tərk edən qaçqınların sayı 700 minə çatacaq.

Təşkilat qaçqın sayının kəskin artımına görə 500 milyon dollarlıq əlavə vəsaitə ehtiyac olduğunu bildirib. Suriyalılar əsasən İordaniya, Livan, İraq və Türkiyədə sığınacaq tapıb.
Qaçqınlar Agentliyinin bildirdiyinə görə,hər gün Suriya sərhədlərini 2 ilə 3 min arasında insan keçir.

Suriyanın insan hüquqları müdafiəçiləri isə bu gün münaqişənin ən qanlı gününün yaşandığını deyir. Britaniyada yerləşən İnsan Haqları Müşahidəsi qrupunun bildirdiyinə görə, əksəriyyəti mülki əhali olmaqla, 300-dən artıq insan öldürülüb.

Qətllər əsasən Deir Ezzor, Homs, Hama və paytaxt Dəməşqdə qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG