Accessibility links

Suriya hökümətinin Qutaya yeni hücumu 24 nəfərin ölümünə səbəb olub


Şənbə günü Suriyanın üsyançıların nəzarət etdiyi şərqi Quta anklavı yenidən bombardman edilib və nəticədə azı 24 nəfər ölüb. Beləcə son bir həftədə Suriya ordusunun bombardmanı 120 uşaq daxil olmaqla, 500-dən çox insanın ölümünə səbəb olub.

Suriya İnsan Haqları Müşahidə Qrupu və şahidlər deyib ki, Suriya höküməti və Rusiyanın bir həftədir davam etdirdiyi bombalama kampaniyası o dərəcədə amansızdır ki, yardım işçiləri cəsədləri saya bilməyib.

“Bəlkə də, onların sayı daha çoxdur,” deyə mülki müdafiə sözçüsü Sirac Mahmud bildirib. “Bis dünən və srağagün şəhid olan insanları saya bilməmişik, çünki səmada döyüş təyyarələri var.” Suriyalılar ölənləri çox vaxt “şəhid” adlandırır.

Müşahidə qrupu bildirib ki, yeddi ildir davam edən müharibənin ən tələfatlı hava hücumu çərçivəsində şənbə günü edilən hücum Duma, Hammuriyə və bir neçə başqa şəhəri hədəf alıb.

Xeyriyyə təşkilatlarının tibb müəssisələri və zirzəmilərdə gizlənən sakinlər Quta regionundakı onlarla xəstəxanaya edilən hücumları qınayıb.

Suriya höküməti hücumla bağlı şərh verməyib. Lakin hökümət və Rusiya daha öncə militantları yalnız paytaxta minomyot hücumlarını dayandırmaq üçün hədəf alacaqlarını bildirib.

2011-ci ilin mart ayında müharibə başlayandan bəri Rusiya Suriya prezidenti Bəşər Əl-Əssədin əsas müttəfiqi olub. Moskva münaqişəyə 2015-ci ildə daxil olaraq, Əsədi daha çox gücləndirib.

BMT Təhlükəsizlik Şurası şənbə Suriya boyu 30 günlük atəşkəsə çağıran qətnamə layihəsi üzərində səs verəcək.

BMT Qutanın şərqində təxminən 400 min insanın yaşadığını bildirir. Onlar 2013-cü ildən bəri hökümətin mühasirəsi altında yaşayırlar. Bu isə orada ərzaq və tibbi ləvazimat çatışmazlığına gətirib çıxarıb.

Dəməşqdən 17 kilometr şərqdə yerləşən şərqi Quta iki islamçı fraksiyanın və Əl-Qaidənin Suriyadakı keçmiş qolunun nəzarəti altındandır.

XS
SM
MD
LG