Accessibility links

Suriya qüvələri nümayişçilərə qarşı basqıları davam etdirir


Suriya qüvələri nümayişçilərə qarşı basqıları davam etdirir
Suriya qüvələri nümayişçilərə qarşı basqıları davam etdirir

Suriya qüvvələrinin Homs regionunu atəşə tutması nəticəsində azı üç adam həlak olub. Bu gün eləcə də hökumətin bir həftəlik amnistiya proqramı qüvvəyə minir.

Fəallar bildirirlər ki, artilleriya atəşi Homs və ələlxüsus Baba Əmr bölgəsini hədəf alıb.

Artıq üçüncü gündür ki, hökumət qüvvələri Homsa daxil olur. Son basqılar Suriya hökumətinin silah gəzdirən vətəndaşlara amnistiya verməsi ilə üst-üstə düşür. Amnistisya şərtlərinə görə qətl törətməmiş vətəndaşlar silahı hökumətə təhvil verdikləri təqdirdə cinayət məsuliyyətinə cəlb edilməyəcəklər.

Daxili işlər nazirliyinin amnistiya proqramını açıqlamasından bir neçə saat sonra ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland suriyalıları amnistiyaya riayət etməməyə çağırıb.

ABŞ və Fransa Suriyanın Ərəb Liqasının vasitəçilik etdiyi dialoq planına dəstəyinə skeptik yanaşdıqlarını bəyan ediblər.

XS
SM
MD
LG