Accessibility links

Suriya qüvvələri Hələbin üsyançıların nəzarətində olan hissəsini ələ keçirib


Suriya qüvvələri Hələbin üsyançıların nəzarətində olan hissəsini ələ keçirib

Suriya dövlət televiziyası və Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupunun verdiyi məlumatlara görə Suriya qüvvələri Hələbin üsyançıların nəzarətində olan hissəsini ələ keçirib.

Farafra bölgəsinin ələ keçirilməsindən sonra hökumət qüvvələri Hələbin məşhur qəsri yaxınlığındakı ərazilərdə üsyançılara qarşı əməliyyatları davam etdirib.

Hələbdə qərargahlanan üsyançı qruplardan birinin lideri Suriya və Rusiya hərbi təyyarələri və artilleriyanın şəhərin özü və onun ətrafındakı əraziləri atəşə tutduğunu, quru qüvvələrin hücumları gücləndirdiyini bildirib.

Farafra hökumət qüvvələrinin üsyançıların nəzarətində olan ərazilərdə bir həftədir keçirdiyi hücumlardan sonra ələ keçirilib. Hücumlar zamanı çox sayda insan həyatını itirib, bir sıra binalar dağılıb.

Anqlikan Missionerləri Cəmiyyətinin xilasedicilərinin Twitter səhifəsində açıqlamasında ölənlər arasında uşaqların da olduğu bildirilib.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatında deyilir ki, bu ayın əvvəlində atəşkəsin pozulmasından sonra Hələb və onun ətraf bölgələrində 250-yə yaxın insanın həlak olub. Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılığında yüz minlərlə insana təcili olaraq ərzaq və dərman çatdırılrmasına imkan yaradılmasına çağırılırdı.

XS
SM
MD
LG