Accessibility links

Suriya höküməti raket zərbələrinin vurduğu zərərin “minimal” olduğunu bildirir


Suriya hökuməti Birləşmiş Ştatların, Fransanın və Britaniyanın hava zərbələrini qınayıb. Bununla bərabər, hökumət şərhçiləri bildiriblər ki, raket zərbələri “minimal zərər” yetirib və “raketlərin əksəriyyəti hədəfdən yayınıb.” Amerikanın Səsi vurulan zərərin miqyasını müstəqil şəkildə müəyyən etməyə müvəffəq olmayıb.

Ərəb mediası bildirir ki, Dəməşq yaxınlığında kimyəvi silahlar tədqiqatlar sahəsi gecə zərbələri zamanı məhv edilib. Buna baxmayaraq, hökümət şərhçisi vurulan zərərin kiçik olduğunu deyir.

O əlavə edir ki, hökumətin hava müdafiə sistemi raketlərin əksəriyyətinin qarşısını alıb və hökümətin Elmi Tədqiqatlar Mərkəzində yalnız bir hədəf vurulub. Şərhçinin sözlərinə görə, hava zərbələri zamanı istifadə edilən raketlərin 80 faizi ya vurulub, ya da hədəfdən yayınıb.

Suriya hökuməti mənbələri iddia edirlər ki, Rusiya istehsalı olan S-100 və S-200 raket əleyhinə sistemləri “gələn raketlərin əksəriyyətini” vurub. Dövlət televiziyası həm də bildirib ki, ən müasir S-400 raket əleyhinə hava müdafiə sistemi hücumun parametrinə müvafiq olmadığı üçün istifadə edilməyib.

Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və Qatar Suriyanın hökumət hədəflərinə qarşı zərbələri dəstəkləyib. Misir paytaxtı Qahirədə ictimaiyyətin reaksiyası əsasən mənfi olub. Livan paytaxtı Beyrutda isə ictimai rəy iki yerə bölünüb.

XS
SM
MD
LG