Accessibility links

Suriya rejimi üsyançıların istehkamında yeddi nəfəri öldürüb


Suriya rejiminin artilleriya atəşi nəticəsində ölkədə üsyançıların ən son istehkamında yeddi mülki vətəndaş, o cümlədən üç uşaq ölüb. Bu barədə bazar günü Brtinaiyada fəaliyyə göstərən müharibəni müşahidə qrupu xəbər verib.

Suriya İnsaq Haqları Müşahidə Qrupu bildirib ki, artilleriya atəşi şənbə günü İdlin regionun cənubunda Ehsim kəndini hədəf alıb.

Bur ailə üzvü AFP-yə bildirib ki, evləri atəşə tuş gəldiyi zaman evdə bir qohumlarının evliliyi münsaibətilə təbrik emtək üçün qonqlar olub.

Bundan öncə isə hökumət qüvvələrinin atdığı raketlər Sarja kəndində azı altı vətəndaşın, o cümlədən üç uşağın və bir xilasetmə işçisinin ölümünə səbəb olub. Bu isə o deməkdir ki, şənbə günü idlibdə ümumilikdə 13 nəfər həlak olub.

Ehsimə artilleriya hücumu Prezident Bəşər Əsəd and içərək dördüncü müddət vəzifəsinin icrasına başlayandan bir neçə saat sonra həyata keçilib. Əsəd hökumətin nəzarətində olmayan əraziləri “azad etməyi” vəd edib.

Bu hücumlar üsyançıları dəstəkləyən Türkiyə ilə hökumətin müttəfiqi Ruisyanın 2020-ci ilin martında cihadçıların çoxluq təşkil etdiyi istehkamına hücumların qarşısı almaq üzərində əldə etdikləri atəşkəs razılığının pozulduğu deməkdir.

AFP-nin Ehsimdəki fotoqrafı xilasedicilərin çökmüş damın altından bir qadın cəsədi çıxardıqlarını görüb.

Cəsədi bir ədyala bürüyən xilasedicilər onu nərdivanla aşağı salıb və təcili tibbi yardım maşınına daşıyıblar.

Müşahidə Qrupu həmin qadının bombardman nəticəsində ölən üç qız və dörd qadından biri olduğunu bildirib.

Türkiyə ilə sərhəddə yerləşən şimal-şərqi İdlib regionunda təxminən üç milyon insan yaşayır. Onların çoxu müharibənin viran qoyduğu Suiryanın başqa ölkələrində didərdin həyatı yaşayır. Çoxu sağ qalmaq üçün humanitar yardımdan asılıdır.

Regionda Suriyanın Əl-Qaidənin keçmiş qolu Həyat Təhrir əl-Şam qrupu dominantlıq edir, amma başqa üsyançı qruplar da mövcuddur.

Suriya müharibəsi 2011-ci ildə başlayandan bəri yarım milyon insan ölüb və milyonlarla insan evlərindən didərgin düşüb.

XS
SM
MD
LG