Accessibility links

Save the Children: Suriyada iki milyona yaxın uşağın humanitar yardıma ehtiyacı var


Save the Children yardım təşkilatının son hesabatında Suriyada iki milyona yaxın uşağın humanitar yardıma ehtiyacı olduğu bildirilir.

Sənəddə deyilir ki, uşaqlar ikiillik münaqişənin “utudulmuş qurbanları”dır. Belə ki, onlar normal qidalanma, sanitariya və məktəblərdən məhrum olub.

Hesabatda döyüşlər səbəbi ilə məktəb və xəstəxanaların dağıldığı, hər bir ailənin təmiz tualetlərdən təhlükəsiz şəkildə istifadə etmək imkanı olmadığı bildirilir.

Save the Children təşkilatının hesabatında döyüşən tərəflər ehtiyac içərisində olanlara yardım çatdırılmasına imkan yaradılmasına çağırılır. Sənəd uşalardan əsgər kimi istifadə edilməsinə son qoyulmasının vacibliyini vurğulayır.

BMT təhqiqatçıları həm hökumət, həm də rəqib döyüşçülərin azyaşlıları münaqişəyə cəlb etdiyini bildirir.
XS
SM
MD
LG