Accessibility links

Suriya üsyançıları İordaniya ilə yeganə sərhəd məntəqəsini ələ keçirib


Suriya üsyançıları 24 saat davam edən döyüşlərdən sonra İordaniya ilə sərhəddə fəaliyyətdə olan yeganə keçid məntəqəsini ələ keçirib.

Əl -Nüsrə Cəbhəsinin tutduğu Nəsib məntəqəsi Suriya üçün böyük əhəmiyyət kəsb edir.

İordaniya Suriya qüvvələri və üsyançıların toqquşduğu keçid məntəqəsini təhlükəsizlik səbəbi ilə bağlayıb.

Üsyançılar bundan əlavə şimal-qərb İdlib və cənub Busra Şam şəhərlərinin nəzarətini ələ keçirib.

Associated Press-in müxbirləri İordaniyada onlarla yük maşının sərhəddə ilişib qaldığını bildirir.

Suriyanın dövlət televiziyası ordu rəsmilərin istinadən xəbər verib ki, hökumət qüvvələri yenidən qruplaşmaqla məntəqənin geri alınması üçün yeni mövqelərə keçib.

Suriyanın Xarici İşlər Nazirliyi sərhəd məntəqəsindən hər bir keçidin qeyri-leqal hesab ediləcəyi barədə bəyanat yayıb.

Britaniyada yerləşən Suriyanın insan haqlarının müşahidəsi qrupu vertolyotların üsyançıların mövqelərini hədəf aldığını deyir.

XS
SM
MD
LG