Accessibility links

Suriyada üsyançılar 26 hökumət döyüşçüsünü öldürüblər


Suriyalı fəallar “şəbiha” adlanan hökumətpərəst silahlı dəstələrə məxsus 26 döyüşçünün Hələb vilayətində pusquya salınaraq öldürüldüyünü xəbər verir.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri qrupunun rəhbəri Rami Əbdülrəhman Amerikanın Səsinə bildirib ki, ona yol kənarına düzülmüş qanlı cəsədlərin videosu göndərilib.

Eyni insidentə istinad edən Suriya dövlət televiziyası Hələbdə 25 adamın silahlı terrorçular tərəfindən qətlə yetirildiyini xəbər verib.

Şəbiha döyüşçüləri son aylarda müxalifətə yaxın mülki vətəndaşları qırmaqda ittiham olunurlar.

İnsan haqları qrupu habelə Homs şəhərində üsyançılarla prezident Bəşər Əsədə sadiq qüvvələr arasında şiddətli döyüşlərin getdiyini xəbər verib. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti dünən atəşə məruz qaldıqdan sonra mülki vətəndaşları həmin bu şəhərdən evakuasiya etmək səylərini dayandırıb.
XS
SM
MD
LG