Accessibility links

Dəməşqdə avtobus partlayışı nəticəsində 7 adam həlak olub


Suriyanın paytaxtı Dəməşqdə siə zəvvarları daşıyan avtobusun partlayışı nəticəsində 7 adam həlak olub. Səyidnə Ruqqaya məqbərəsinə ziyarətə gedənlərdən 20-si xəsarət alıb.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, terror aksiyası kimi qiymətləndirilən hücum 5 kiloqram partlayıcı maddənin avtobusun ön hissəsinə yerləşdirilməsi ilə həyata keçirilib. İkinci zihazın zərərsizləşdirilməsinə nail olunub.

Suriyanın Əl-Qaidə ilə əlaqəsi olan Nüsrə Cəbhəsi hücumun məsuliyyətini üzərinə götürüb. Qrup avtobusda olan sərnişinlərin Hizbullah döyüşçüləri olduğunu bildirib.

Suriyanın 4 ildir davam edən münaqişəsi səbəbi ilə o ölkəyə ziyarətə gedən 200 min şiə zəvvar həlak olub.

XS
SM
MD
LG