Accessibility links

Suriyada silsilə hücumlar 100 nəfərin həyatına son qoyub


Suriya İnsan Haqlarını Müşahidə Qrupu və Suriyanın dövlət televiziyasının məlumatında deyilir ki, ölkənin iki liman şəhərində həyata keçiriləm bomba hücumları zamanı azı 100 nəfər ölüb, onlarla insan yaralanıb.

Biri intiharçı olamqla, dörd hücum hökumətin nəzarətindəki Aralıq dənizi sahili Cəbla şəhərində həyata keçirilib.

Suriyanın dövlət xəbər agentliyi SANA Cəblanı hədəf alan üç raketin şəhərin girəcəyindəki avtobus dayanacağına düşdüyünü bildirib. Suriya İnsan Haqlarını Müşahidə Qrupu orada azı 53 nəfərin öldüyünü deyib.

Cəbladan 60 km məsafədəki Tartus şəhərində isə azı biri intiharçı olmaqla, üç bomba hücumu olub. Müşahidə Qrupunun başçısı Rami Əbdel Rəhman hücumları "presedentsiz" adlandırıb.

SANA-nın məlumatında terrorçuların hədəfinin insanların çox olduğu avtobus dayanacaqları olduğu, dayanacaq yaxınlığında həyata keçirilən digər intiharçı hücumu zamanı 48 nəfərin öldüyü bildirilib.

XS
SM
MD
LG