Accessibility links

Suriyanın baş naziri müxalifətə keçdi


Suriyanın baş naziri vəzifəyə təyin edildikdən iki ay sonra müxalifət qüvvələrinə qoşulduğunu deyərək ölkədən çıxıb.

Əl-Cəzirə televiziya kanalında oxunan bəyanatda Riad Hicab deyib ki, o, öldürən və terrorçu rejimi tərk edir. Bəyanatda o, özü və ailəsinin təhlükəsiz yerdə olduğunu da bildirib. İordaniya rəsmiləri onun bu ölkəyə qaçdığını deyirlər.

Suriya dövlət televiziyası cənab Hicabın vəzifəsindən azad edilərək müavini Ömər Qalavancla əvəz edildiyini deyib. Xəbər dövlət mətbuatının Dəməşqdə dövlət televiziya binasında bomba partlayışına dair verdiyi xəbərdən bir neçə saat sonra yayılıb. Hadisə zamanı bir neçə adam xəsarət alıb.

Binanın üçüncü mərtəbəsində baş verən partlayışdan sonra televiziya stansiyası fəaliyyətini dayandırmayıb. İyun ayında ölümcül hücuma məruz qalan dövlət yönümlü fərdi televiziya stansiyası binanın dağılmış divarlarını, uçurulmuş tavandan asılı qalan naqilləri və tüstülü dəhlizlərdə çıxış yoluna doğru irəliləyən insanları nümayiş etdirib.
XS
SM
MD
LG