Accessibility links

Suriya şəhərlərindən mülki əhalinin təxliyyəsi bərpa edilib


Suriyanın mühasirədə olan şəhərlərindən mülki əhalinin təxliyyəsi şənbə günü 126 nəfərin ölümülə nəticələnmiş bomba hücumundan sonra bu gün yenidən bərpa olunub.

Suriyanın dövlətə məxsus mediası və qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə qrupunun verdiyi məlumata görə, üsyançıların mühasirəsində olan Foua və Kfarya şəhərlərindən avtobuslar vasitəsilə 3 min insan çıxarılıb.

Başqa avtobuslarla isə bir neçə yüz insan üsyançıların nəzarətində olan Madaya və Zabadani şəhərlərindən çıxarılıb. Bu şəhərlər hökumət tərəfdarı qüvvələr tərəfindən mühasirədədir.

Mülki əhalinin mühasirədə olan şəhərlərdən çıxarılması keçən ay əldə edilmiş razılaşma əsasında edilir.

Keçən həftənin şənbə günü mülki əhalini daşıyan avtobus karvanı bomba hücumuna məruz qalmışdı. Raşidin şəhərində bomba hücumu əsas etibarilə hökumət qüvvələrinin nəzatərində olan ərazilərdən mülki əhalinin çıxarıldığı vaxt baş vermişdi. Partlayış zamanı həlak olanların əsas hissəsi təxliyyə edilən insanlar olub.

BMT Təhlükəsizlik Şurası bomba hücumunu qınayan qətnamə ilə çıxış edib.

XS
SM
MD
LG