Accessibility links

Suriya hökumət qüvvələri Afrindən geri çəkilir


Türkiyənin bir aydır hərbi əməliyyatlar keçirdiyi kürd anklavı olan Afrinə doğru hərəkət edən Suriya hökumət qüvvələri Türkiyə hərbi artilleriyasının xəbərdarlıq atəşindən sonra geri çəkilib. Bu haqda Türkiyənin dövlətə məxsus Anadolu xəbər agentliyi məlumat verib.

Suriya kürdlərinin hərbi dəstələri və Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun təsisçisi Rami Abdul Suriya hökumət qüvvələrinin çərşənbə axşamı xəbərdarlıq atəşlərindən əvvəl kürd anklavına daxil olmağa başladığını təsdiq edib.

Türkiyə silahlı qüvvələri Afrin bölgəsində
Türkiyə silahlı qüvvələri Afrin bölgəsində

Suriyanın dövlət televiziyasında təxminən 20 hərbi maşının Nubul kəndindən Afrinə daxil olduğunu göstərən video görüntülər nümayiş etdirilib.

Kürd rəsmiləri tərəfindən Suriya hökumət qüvvələrinin yerləşdirilməsi ilə bağlı hələlik açıqlama verilməyib. Lakin bazar ertəsi dövlət mediasında Suriyanın hökumət tərəfdarı qüvvələrinin “Türkiyənin təcavüzünə qarşı müqavimətə qoşulmaq üçün” Afrinə gedəcəyi haqda məlumat verilib.

YPG döyüşçüləri
YPG döyüşçüləri

Hərbi qüvvələrin yerləşdirilməsi Türkiyənin Suriya hökumətinə Afrinə daxil olmamaq haqda xəbərdarlığından sonra başlayıb. Türkiyə hərbi qüvvələrin kürd döyüşçülərini müdafiə etməyə çalışdığı təqdirdə onlara cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Türkiyə Afrində hücumları yanvarın 20-də kürd döyüşçülərini ərazidən çıxarmaq məqsədilə başlayıb. Ankara Suriya kürdlərinin YPG qrupunu terrorçu qrup hesab edir, lakin ABŞ Suriyada İŞİD-a qarşı mübarizədə qrupu əsas kompenentlərdən biri sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG